Köpəkbalığı sürüsü tədqiqatçılar olan gəmiyə hücum etdi
06 sentyabr 2023 16:54 (UTC +04:00)

Köpəkbalığı sürüsü tədqiqatçılar olan gəmiyə hücum etdi

Avstraliya sahillərində katamaran gəmisi çoxsaylı köpək balıqlarının hücumuna məruz qalıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, gəmidə olanlardan  üç nəfər xilas edilib. Kvinslend ştatının Keyns şəhəri sahillərindən 835 km aralıda fövqəladə mayak yandırdıqdan sonra iki Rusiya və bir Fransa vətəndaşı başqa bir gəmi tərəfindən uğurla xilas edilib. 

Bildirilir ki, hadisə iştirakçıları - ruslar və bir Fransa vətəndaşı Vanuatudan Avstraliyaya gedən gəmidə olublar. Avstraliyanın ABC Yayım Korporasiyası onların adlarını “Sibirlilər Yevgeni Kovalevski və Stanislav Berezkin və fransız Vinsent Tomas Qarat” adlandırır. Bildirilir ki, onlar kəşfiyyatçı Krusenşternin anadan olmasının 250 illiyi və rusiyalı tədqiqatçılar tərəfindən Antarktidanın kəşfinin 200 illiyi şərəfinə təşkil olunan ekspedisiyada iştirak ediblər. ABC-nin məlumatına görə, o, 2021-ci il iyulun 1-də Sankt-Peterburqdan başlamış və çərçivəli şişmə yelkənli trimaranda kruiz məsafəsi üzrə rekord vurmaq məqsədi daşıyırdı.

Ertəsi gün katamaran yenidən köpək balıqlarının hücumuna məruz qalıb və hava çəni zədələnib.
Katamaran daha sonra batmağa başlayıb və bu zaman ekipaj SOS siqnalı göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983

Oxşar yazılar