İnquşetiyada beş yaşlı uşaq karameldən boğularaq ölüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə fevralın 14-də Sunjenski rayonunun Troitskoye kəndində baş verib. Oğlan konfet yeyərkən qəfil boğulmağa başlayıb. Heç kim ona kömək edə bilməyib. Nəticədə azyaşlı təcili yardım gələnə qədər ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır, məhkəmə-tibbi ekspertizalar təyin edilib.