Kişini kəsici alətlə hədələyib, telefonunu aldılar
12 sentyabr 2023 09:20 (UTC +04:00)

Kişini kəsici alətlə hədələyib, telefonunu aldılar

0

Bakıda kişini kəsici alətlə hədələyiblər. 

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsində yerləşən çayxanada baş verib.

Belə ki, paytaxt sakini Zaur Quliyev şəxsiyyəti istintaqa məlum olmayan Hüsaməddin adlı tanışı ilə əvvəlcədən əlbir olan bir qrup şəxs halında Kamal Əlizadəni əlini kəsəcəyi ilə hədələyiblər. Kamal Əlizadəyə məxsus “İphone 13 Pro” markalı mobil telefonu alıblar. 

Zaur Quliyev şübhəli şəxs qismində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2140

Oxşar yazılar