Kişi dırnaq boyası  siləni içib öldü
05 dekabr 2023 11:09 (UTC +04:00)

Kişi dırnaq boyası siləni içib öldü

Moskvada kişi dırnaq boyası təmizləyici vasitəsini içərək ölüb.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, paytaxtın Vıxino-Julebino rayonunun 65 yaşlı sakini bir müddət əvvəl iki dəfə insult keçirdiyi üçün mütəmadi olaraq bir sıra dərmanlar qəbul edib. Onun xroniki aritmiyası da olub.

Həyat yoldaşının sözlərinə görə, kişi dərman şüşəsini dırnaq boyası təmizləyicisi ilə qarışdırıb və təsadüfən onu udub.

Yaşlı kişi qəflətən xəstələnib və təcili olaraq reanimasiyaya yerləşdirilib. Həkimlər bir həftəyə yaxın onun həyatı üçün mübarizə aparsalar da, xilas edə bilməyiblər. O, aşındırıcı maddələrin zəhərli təsirindən dünyasını dəyişib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3405
avatar

Oxşar yazılar