Altay diyarının sakini arvadını döyüb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Talmenski rayonunun 2 saylı məhkəmə məntəqəsinin materiallarına əsasən çoxuşaqlı valideynlər spirtli içki qəbul edərkən ailə dramı baş verib.
Məlumata görə, cütlüyün artıq doqquz övladı var, onlardan yeddisi azyaşlıdır.
Bildirilir ki, mübahisə zamanı 61 yaşlı kişi 40 yaşlı həyat yoldaşını artıq çəkidə və 10-cu övladına hamilə qala bilməməkdə ittiham edib.
“Sən mənim arvadımsan, səni öldürəcəm!”, deyə kişi arvadını hədələyib.
Bundan sonra qadının iddiasına görə, əri onun üzünə vurub, yerə yıxıb və bıçağın tiyəsi ilə döyməyə başlayıb.
İş məhkəməyə gələnə qədər ər-arvad barışıblar. Tərəflərin barışması səbəbindən iş bağlanıb. Zərərçəkmiş şəxs ərinin cinayət təqibinə xitam verilməsi barədə vəsatət qaldırıb.