Şirvanda bir nəfər dəm qazıdan boğulub.
Lent.az xəbər verir ki, hadisə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 57 yaşlı Çingiz Əsədov hamam otağında dəm qazından boğularaq ölüb. Onun meyiti səhər saatlarında yaxınları tərəfindən hamamda aşkar edilib.
Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.