"KİA" ilə qadını vurub öldürdü
17 may 2021 12:52 (UTC +04:00)

"KİA" ilə qadını vurub öldürdü

Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 16-da saat 16 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Balaxanı qəsəbə sakini K.Xalıqov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən qəsəbə sakini Hədiyyə Yusubovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

Mehman Nəbiyev

Oxşar yazılar