Oğurluq edənin fotosu
15 noyabr 2021 17:24 (UTC +04:00)

Oğurluq edənin fotosu

Kənd sakinin evindən qızıl oğurlandı - FOTO

Bərdədə oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, Bərdə rayon Polis Şöbəsinə müraciət edən bir nəfər rayon sakini Arabaçılar kəndində yerləşən özünə məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.

Məlumat əsasında Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Şəhriyar Şahmalızadə və Tural Vəliyev saxlanılıb. Onların 3100 manat pul və qızıl-zinət aşyaları oğurladıqları aşkar olunub. Ş.Şahmalızadənin ətrafında aparılan tədbirlərlə kənd ərazisində yerləşən daha bir evdən də mətbəx əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

İstintaq fotosu

# 1602
avatar

Mehman Nəbiyev

Oxşar yazılar