Kənd sakini "Kalaşnikov" tapıb...
28 sentyabr 2021 14:33 (UTC +04:00)

Kənd sakini "Kalaşnikov" tapıb...

Goranboyda kənd sakini silah-sursat tapıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, rayonun Zeyvə kənd sakini İ.Bəxtiyarov  “AK-74” markalı avtomat, 1 ədəd patron darağı və 30 ədəd patron tapıb.

Polis əməkdaşlarının apardığı profilaktiki tədbirlər nəticəsində o, tapdığı silah-sursatı könüllü olaraq rayon Polis Şöbəsinə təhvil verib.

# 1503
avatar

Mehman Nəbiyev

Oxşar yazılar