Kənd evindən 9 min manatlıq  oğurluq   etdilər
28 iyun 2023 16:23 (UTC +04:00)

Kənd evindən 9 min manatlıq oğurluq etdilər

Masallıda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, iyunun 27-də gecə saatlarında R.Qasımovanın yaşadığı Köhnə Alvadı kəndindəki evdən 4000 manat pul və 5000 manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakinləri əvvəllər məhkum olunmuş R.Musazadə, O.Abıyev və S.Əliyev müəyyən olunaraq saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1407
avatar

Oxşar yazılar