Kəmaləddin Heydərov Qəbələdə yanğın olan ərazilərdə -  VİDEO
30 avqust 2021 11:34 (UTC +04:00)

Kəmaləddin Heydərov Qəbələdə yanğın olan ərazilərdə - VİDEO

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə gedib.

Lent.az-ın məlumatına görə, nazir helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub.

Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K. Heydərova məlumat verilib.

Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.

Kəmaləddin Heydərov Qəbələdə yanğın olaa ərazilərdə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3026

Oxşar yazılar