Kəlbəcərdə selin apardığı sürücünün meyiti tapıldı - YENİLƏNİB
12 aprel 2024 16:50 (UTC +04:00)

Kəlbəcərdə selin apardığı sürücünün meyiti tapıldı - YENİLƏNİB

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

Lent.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***
11:55

Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparıb.

Lent.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, ölən Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovdur. Hazırda axtarış işləri davam etdirilir.

***
Saat: 01:05

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Comərt kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə adıçəkilən sürücüsü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerinədə ölüblər.

Faktla bağlı araşdırma aparılır.

# 4935
avatar

Oxşar yazılar