Keçmiş sevgilisi  gənc qadını küçənin ortasında güllələdi
18 mart 2024 11:25 (UTC +04:00)

Keçmiş sevgilisi gənc qadını küçənin ortasında güllələdi

Türkiyədə gənc qadın küçənin ortasında güllələnib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Kocaeli bölgəsində baş verib.

Belə ki, 7 aydır evli olan 25 yaşlı Gülhan Esen işə gedərkən keçmiş sevgilisi onu küçənin ortasında güllələyib.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Keçmiş sevgilisi isə hadisə yerindən qaçıb. Sağlamlıq işçilərinin nəzarətində başından güllə yarası aldığı aydın olan Esen təcili yardımla Darıca Farabi Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Gülhan Esen həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib. 

Hazırda araşdırma aparılır.

# 2643
avatar

Arzu Qurbanlı

Oxşar yazılar