Keçmiş polis əməkdaşı "NİVA"nı aşırdı - FOTO
15 may 2021 22:04 (UTC +04:00)

Keçmiş polis əməkdaşı "NİVA"nı aşırdı - FOTO

Göygöldə yol-nəqliyyat  hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “NİVA” markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü Azər Hüseynov xəsarət alaraq xəstəxanaya  yerləşdirilib, sürücünün vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Qeyd edək ki, "NİVA"nın sürücüsü təqayüddə olan keçmiş polis işçisidir.

Faktla bağlı araşdırma aparılır.

# 2385
avatar

Oxşar yazılar