Dağıstanın keçmiş idman naziri Maqomed Maqomedov “Matrosskaya tişina” istintaq təcridxanasında intihara cəhd edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bununla belə, həbs edilən 68 yaşlı keçmiş nazirin sağ olduğu, lakin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Məlumata görə, hadisə iyulun 20-nə keçən gecə baş verib, o, yaralı halda tapılıb
Maqomedov ötən il, Kızılyurt şəhər meri vəzifəsində çalışarkən həbs edilib. O, respublikanın İdman Nazirliyinə rəhbərlik etdiyi dövrdə mənimsəmədə şübhəli bilinir.