Keçmiş nazir arvadını öldürüb İNTİHARA CƏHD ETDİ
23 sentyabr 2021 19:52 (UTC +04:00)

Keçmiş nazir arvadını öldürüb İNTİHARA CƏHD ETDİ

İstintaq, Tuvanın keçmiş kənd təsərrüfatı naziri Yuri Tıt-oolun həyat yoldaşının öldürülməsindən sonra etdiyi intihara cəhd versiyasını nəzərdən keçirir.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. 

Qonşuların sözlərinə görə, qadının kömək çağırışlarını eşidiblər. Tıt-oola məişət mübahisəsi zamanı arvadını vurmasına şübhə var. Bunun İstintaqın versiyasına görə, qadın nəticədə başından açıq zədə alıb və hadisə yerində ölüb. Şübhəli bundan sonra intihara cəhd eib. 

Tıt-oola hazırda reanimasiyadadır. Vəziyyəti son dərəcə ağır olduğu üçün müstəntiqlər hələ onu sorğu-suala tuta və hadisənin təfərrüatını öyrənə bilməyiblər. Ekspertlər mənzildə araşdırma aparır, orada qanlı bir neçə əşya aşkarlansa da, şübhəlinin arvadını necə vura biləcəyi hələ müəyyən edilməyib.

Tıt-oola 2015-ci ildə Tuvanın kənd təsərrüfatı naziri təyin olunub. 2016-cı ilin iyul ayında həbs olunub və istefaya göndərilib. O, keçmiş iş yerində - respublikanın Tes-Xem rayon administrasiyasının başıçısı işləyəndə fırıldaqçılıqda ittiham olunurdu.

Keçmiş nazir 2019-cu ildə 4 il azadlıqdan məhrum olunub, sonradan həmin müddət 2,8 ilə qədər azaldılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2861

Oxşar yazılar