Maşınında narkotik tapılan Sahibəli Cəfərov
23 avqust 2021 12:04 (UTC +04:00)

Maşınında narkotik tapılan Sahibəli Cəfərov

Keçmiş məhkumun “Jiquli”sindən görün nə tapıldı 

0

Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı rayonun Qazangül qəsəbə sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün məhkum olunmuş Sahibəli Cəfərov saxlanılıb. 

Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətində saxladığı özünə məxsus “VAZ-2107” markalı avtomobilin yük hissəsindən 4 kiloqram marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2499

Oxşar yazılar