Beyləqanda keçmiş məhkumlar arasında dava olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Beyləqan şəhəri S.İmrəliyev küçəsində qeydə alınıb.
Orada yaşayan keçmiş məhkumlar Tural Abdullayev və Rövşən Paşayev arasında şəxsi münaqişə zəminində dava baş verib.
Nəticədə Tural Abdullayev Rövşən Paşayevin döş qəfəsinə bıçaq sancıb. Rövşən Paşayev xəstəxanaya yerləşdirilib. Hadisəni törədən T. Abdullayev saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırılma aparılır.