Gəncədə ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 26-da Gəncə şəhəri ərazisindəki evlərin birindən 4540 manat pul oğurlanıb.
Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş B.Aslanov saxlanılıb.