Dövlət Dumasının keçmiş deputatı qab-qacaq alarkən 50 min rubla (təxminən 870 manat) yaxın pulunu itirib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Natalya Ermakova çini qablar kolleksiyasını genişləndirmək üçün İnternet vasitəsilə 30-a qədər məhsul almaq istəyib.
Bunun üçün o, xüsusi bir sayta daxil olaraq, məhsulları sifariş edib. Sabiq deputat ödənişi də edərək sifarişin gəlməsini gözləyib. Lakin kuryer bağlamanı sentyabrın ortalarında çatdırmalı olsa da, gəlməyib.
Hələ ki, onun pulu geri qaytarılmayıb.