Keçmiş arvadının 2-ci əri tərəfindən döyüldü: KOMADADIR
20 yanvar 2022 05:49 (UTC +04:00)

Keçmiş arvadının 2-ci əri tərəfindən döyüldü: KOMADADIR

Bakının Sabunçu rayonu ərazisində bir nəfəri döyərək, ona ağır xəsarətlər yetiriblər.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1980-ci il təvəllüdlü Atakişiyev Ramin Mobil oğlu övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. R.Atakişiyevi isə Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanın onun həyat yoldaşının hazırda qeyri-rəsmi nikahda yaşadığı şəxs qarşılayıb. 

Həmin şəxs R.Atakişiyevi küt alətlə döyərək ona ağır xəsarətlər yetirib. R.Atakişiyev komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

# 1836
avatar

Oxşar yazılar