Şəmkirdə mağazada baş vermiş mənimsə faktı ilə bağlı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Şəmkir rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, Şəmkir rayon sakini Ramin Əliyevə məxsus “Zirvə” adlı marketdə pul vəsaitinin mənimsənilməsi faktı bağlı prokurorluqda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə istintaq aparılır.
İstintaqla həmin mağazada kassir işləmiş Şəmkir şəhər sakini Laura Əliyevanın işlədiyi 2017-2020-ci illər ərzində ona etibar edilmiş 451 min 688 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müyyən edilib.
Dekabrın 17-də Laura Əliyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir.