Baş Prokurorluqda yeni kadr təyinatı olub.
Lent.az-ın məlumatına görə, Baş Prokuror Kamran Əliyevin imzaladığı əmrlə Mahir Abbasov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bundan əvvəl o, həmin vəzifəni icra edən idi.
Faktı Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a təsdiqləyiblər.
Qeyd edək ki, Mahir Abbasov bu vəzifəni icra etməzdən əvvəl Baş Prokurorun köməkçisi vəzifəsində çalışıb.