Kamran Əliyev
23 dekabr 2022 14:30 (UTC +04:00)

Kamran Əliyev

Kamran Əliyev köməkçisinə YÜKSƏK VƏZİFƏ VERDİ - YENİLƏNİB - FOTO

Baş Prokurorluq qurumdakı yeni təyinatla bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a verilən məlumatda qeyd olunur ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Baş prokurorun böyük köməkçisi Mahir Abbasov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsini icra edən təyin edilib.

Qeyd edək ki, Mahir Abbasov əvvəllər Füzuli hərbi prokurorluğunda, daha sonra uzun müddət dövlət ittihamçısı kimi  çalışıb.

***

saat 13:01

Baş Prokurorluqda yeni təyinat olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş prokurorun böyük köməkçisi Mahir Abbasov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, həmin idarənin rəisi olmuş Ramil Məcidov bir neçə gün əvvəl işdən çıxarılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5634
avatar

Oxşar yazılar