“Jiquli" betona çırpıldı,  sürücü öldü
17 oktyabr 2023 23:07 (UTC +04:00)

“Jiquli" betona çırpıldı, sürücü öldü

0

Bakının Binəqədi rayonu ərazisində avtomobil betona çırpılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza şosenin Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb.

“VAZ-2107” markalı maşını idarə edən  Səddrəddinbəyov Ülvi Məhəmməd oğlu sükana nəzarəti itirib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı beton səddə çırpılıb. Sürücü aldığı xəsarətlərdən ölüb.

Qəza ilə əlaqədar Bakı-Sumqayıt şosesinin Ekologiya postu istiqamətində tıxac yaranıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4696

Oxşar yazılar