İyul ayında hava necə olacaq? -  PROQNOZ
30 iyun 2021 16:55 (UTC +04:00)

İyul ayında hava necə olacaq? - PROQNOZ

İyul ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim norması daxilində olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. 

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr havanın temperaturu 21-26, gündüzlər 29-34, bəzi günlərdə 37-41 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 2-3 mm) olacaq.                                                        

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr havanın temperaturu 22-27, gündüzlər 33-38, bəzi günlərdə 40-43 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 mm) olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 16-21, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 36-73 mm) olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr havanın temperaturu 20-25, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr havanın temperaturu 20-25, gundüzlər 29-34, bəzi günlərdə 37-40 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma  9-118 mm) olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 22-27, gündüzlər  35-39, bəzi günlərdə 41-44 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 3-22 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 21-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr havanın temperaturu 20-25, gündüzlər 29-34, bəzi günlərdə 35-39 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 7-33 mm) olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2647

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29