İtkin düşən əlil qadın tapıldı - YENİLƏNİB
20 may 2025 16:49 (UTC +04:00)

İtkin düşən əlil qadın tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən əlil qadın tapılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 64 yaşlı Suvar Qaraxanova polis əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

saat 11:02

Bakıda qadın itkin düşüb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhər sakini fiziki məhdudiyyəti olan 64 yaşlı Suvar Qaraxanova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.  

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Xətai Rayon Polis İdarəsinin (012) 422-02-02 şəhər və (+994)99-448-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512

Oxşar yazılar