Türkiyənin İstanbul şəhərində, Bebek adlanan sahildə çəkilən görüntülər müzakirələrə səbəb olub.
Lent.az xəbər verir ki, görüntülərdə ictimai yerdə kişilərin sıra ilə bir qadınla cinsi əlaqədə olması böyük səs-küy yaradıb.
Hadisə ilə bağlı İstanbul Şəhər Prokurorluğu tərəfindən saxlanılan 2 nəfər şübhəli şəxsin əcnəbi olduqları iddia olunur. Türkiyə Cümhuriyyətinin Cinayət Məcəlləsinin “ədəbsiz hərəkətlər” maddəsi ilə araşdırma başlanıb.
Həmin 2 nəfərdən birinin 11, digərinin isə 8 cinayət əməlləri qeydə alınıb.
Hadisənin dəqiq nə vaxt çəkilməsi və digər şübhəlilər barədə araşdırmalar davam edir.
Həmin görüntüləri təqdim edirik: