İsmayıllıda AĞIR QƏZA:  ölən və yaralılar var
22 iyun 2026 09:24 (UTC +04:00)

İsmayıllıda AĞIR QƏZA: ölən və yaralılar var

0

İsmayıllıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə İvanovka-Qalagah-Göyçay yolunda qeydə alınıb.

44 yaşlı İsmayıl Mahmudovun idarə etdiyi "Ford" markalı avtomobillə 57 yaşlı Elxan Nağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2106"nın sərnişini Yeganə Salmanova hadisə yerində ölüb. Sürücü və sərnişinləri - İlham Salmanovla Şahmalı Salmanov xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar