Gəncədə mağaza qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 19-dan avqust ayının 19-dək olan müddətdə Gəncə şəhərindəki mağazalardan birinin anbarından 8300 manat dəyərində 11 ədəd mobil telefonu və aksesuarları oğurlanıb.
Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmin mağazanın işçisi, şəhər sakini E.Qurbanov saxlanılıb.