Vyetnamda kişi gəlir əldə etmək üçün səkkiz ay pişik oğurlayıb.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, 47 yaşlı Nquen Hoanq Çau böyrək daşı əməliyyatı keçirdikdən sonra işini itirib və ev heyvanlarını ələ keçirib kəsim fabriklərinə satan gizli şəbəkənin üzvü olub.
Vyetnamlı pişik və it əti verən restoranlar üçün 1500-ə yaxın pişiyi qaçırıb. Onun sözlərinə görə, hazırda başqa ölkələrə ev heyvanı kimi satılan pişikləri tutur. O izah edib ki, heyvanları tutmaq üçün çiy balıq və digər delikateslərin olduğu metal qəfəsdən istifadə edir.
Çau belə bir işi sevmədiyini etiraf edir: “Pişiklərə yazığım gəlir və onların əziyyət çəkdiyi üçün üzr istəyirəm, amma ailəmin qayğısına qalmalıyam. Uşaqlarım işimə nifrət edirlər və özümü çox günahkar hiss edirəm”.
Yeri gəlmişkən, Vyetnamda pişik və itlərin ətini yemək qadağan deyil.