İŞİD-ə sədaqət andı içən  gəncin Bakı planı  necə ifşa olundu? - MƏHKƏMƏ
17 dekabr 2025 17:23 (UTC +04:00)

İŞİD-ə sədaqət andı içən gəncin Bakı planı necə ifşa olundu? - MƏHKƏMƏ

0

Moskvanın İkinci Qərb Hərbi Dairə Məhkəməsi İŞİD-ə and içmiş Tacikistan vətəndaşı, 22 yaşlı Bobocan Saydamirov barəsində hökm çıxarıb.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, Saydamirov 16 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ilk 3 ilini həbsxanada, qalan müddətini isə ciddi rejimli islah müəssisəsində çəkəcək. Bundan əlavə, ona 200 min rubl məbləğində cərimə və iki il müddətinə internet saytlarını idarə etmək hüququndan məhrumetmə cəzası da verilib.

Məhkəmə islam fundamentalizmi ideyalarına bağlı olan Saydamirovun planlarını öyrənib. Məlum olub ki, o, əvvəlcə Rusiyadan Bakıya gələcəkmiş. Bakıdan isə Əfqanıstana gedərək İŞİD sıralarına qoşulmağı planlaşdırıb. Bundan əvvəl o, terror təşkilatına sədaqət andı içdiyi video müraciət yazaraq internetdə yerləşdirib, həmçinin terrorizmi haqq qazandıran və yəhudilərə və xristianlara qarşı zorakılığa çağırışlar edən dörd videoyazı paylaşıb.

Gənc 2024-cü ilin aprel ayında miqrasiya qanunvericiliyini pozduğuna görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məhkəmə onu terror təşkilatının fəaliyyətində iştirak və terror fəaliyyətinə açıq çağırışlarla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə təqsirli bilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar