İşçiləri istismar edən  tanınmış şirkət   20 min manat cərimələndi
20 avqust 2021 13:15 (UTC +04:00)

İşçiləri istismar edən tanınmış şirkət 20 min manat cərimələndi

Əmək müqaviləsi olmadan işçiləri istismar edən şirkət cərimələnib.

Lənkəran rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, “Alov-Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyət mühafizə şirkətində əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Lənkəran rayon Prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb

Toplanan materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə “Alov-Mühafizə”yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3747
avatar

Mehman Nəbiyev

Oxşar yazılar