İş adamlarının mənimsədiyi 70 milyon əllərindən alındı
20 dekabr 2024 14:32 (UTC +04:00)

İş adamlarının mənimsədiyi 70 milyon əllərindən alındı

Xəbər verildiyi kimi, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, hazırkı vaxtadək Ağdaş, Kürdəmir, Astara, Ucar, Abşeron, Xaçmaz,  Beyləqan, Xızı, Sabirabad, Goranboy, Ağstafa rayon və Mingəçevir şəhər prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 41,3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 70,2 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2484

Oxşar yazılar

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

3 iyun 2025 , 18:17
Gəncədə stansiya işçisi qatardan yıxıldı

Gəncədə stansiya işçisi qatardan yıxıldı

3 iyun 2025 , 17:46
Naringi yeyən qadın boğulub öldü

Naringi yeyən qadın boğulub öldü

3 iyun 2025 , 17:35
DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

3 iyun 2025 , 15:43
Şəmkirdə yeniyetmə epilepsiyadan  öldü

Şəmkirdə yeniyetmə epilepsiyadan öldü

3 iyun 2025 , 15:36
Bərdədə məktəbdə FACİƏ:  şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

Bərdədə məktəbdə FACİƏ: şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

3 iyun 2025 , 15:35
Bakı aeroportunda ÖLÜM

Bakı aeroportunda ÖLÜM

3 iyun 2025 , 14:54
Bərdədə kişi kanalda boğuldu

Bərdədə kişi kanalda boğuldu

3 iyun 2025 , 14:26