İsmayıllıda iri ticarət mərkəzlərində yoxlamalar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, COVID pasportlarının yoxlanılması, eləcə də karantin rejimindən irəli gələn digər qayda və tələblərin təmin olunması ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən iri ticarət mərkəzlərində monitorinqlər keçirilib. Polislər alıcı və satıcılarla, eləcə də sahibkarlarla maarifləndirici söhbətlər aparıb, infeksiyanın kütləvi yayılmasının qarşısının alınması üçün qəbul edilən qərarlara əməl etməyin vacibliyini izah ediblər.
Pandemiya dövrünün tələblərinə biganə yanaşan şəxslərə xəbərdarlıq olunub, bir neçəsi barəsində isə intizam tənbeh tədbiri görülüb.