İrəvan Teatrının keçmiş direktoru İftixar Piriyevlə bağlı məhkəmə QƏRARI
26 sentyabr 2025 17:49 (UTC +04:00)

İrəvan Teatrının keçmiş direktoru İftixar Piriyevlə bağlı məhkəmə QƏRARI

0

İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş direktoru aktyor İftixar Piriyevlə bağlı məhkəməyə xüsusi ittiham qaydasında edilən müraciət üzrə qərar verilib.

Lent.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyinin əməkdaşı Vəfa Novruzovanın İftixar Piriyevlə bağlı Binəqədəi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında etdiyi şikayətə baxılıb.

Binəqədi rayon məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, İ.Priyevlə bağlı başlanmış icraata xitam verilib. O, iddiada qeyd olunan əməldə təqsirli bilinsə də, iş üzrə cinayət məsuliyyətinə cəlb etmənin müddəti bitdiyi üçün işə xitam verilməsinə qərar verilib.

Qeyd edək ki, Vəfa Novruzova İftixar Piriyevin sosial şəbəkə hesabında onu təhqir etdiyini iddia edib.

O, İ.Piriyevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən məsuliyyətə cəlb edilməsini istəyib.

Xatırladaq ki, İ.Piriyev bir neçə ay əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar