İranla sərhəddə ƏMƏLİYYAT:  külli miqdarda narkotik tapıldı - FOTO
13 sentyabr 2023 10:00 (UTC +04:00)

İranla sərhəddə ƏMƏLİYYAT: külli miqdarda narkotik tapıldı - FOTO

0

Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə sentyabrın 12-də saat 13:00-da “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 210 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2361

Oxşar yazılar