Naxçıvanda döyüş sürsatı hesab edilən patronların Azərbaycan gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Görmrük Komitəsindən Lent.az-averilən xəbərə görə, “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinində gizlədilmiş 1 ədəd plastik qablaşmanın içərisində 45 ədəd patron aşkarlanıb.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9x17 mm kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər və istifadəyə (atəşə) yararlıdırlar.
Faktla bağlı araşdırma aparılır.