İrandan narkotik gətirənlərə  atəş açıldı:   Yaralanan var
12 avqust 2022 10:52 (UTC +04:00)

İrandan narkotik gətirənlərə atəş açıldı: Yaralanan var

Avqust ayının 11-də saat 01:05-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu, Əhmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, sərhəd zastavası dərhal 

“Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb. Sərhəd pozucularına sərhəd naryadı “Dayan” komandası verib, havaya xəbərdarlıq atəşi açılıb.  Lakin sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər. “Dövlət sərhədi haqqında” qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı silah tətbiq edib. Nəticədə 1 nəfər sərhəd pozucusu yaralanaraq saxlanılıb, digəri isə havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İran ərazisinə qaçmağa müvəffəq olub.

Yaralanan sərhəd pozucusuna dərhal tibbi yardım göstərilib və xəstəxanaya təxliyə edilib. İlkin araşdırma zamanı saxlanılan şəxsin 50 yaşlı İran vətəndaşı Nadirzadə Ağacan Nasir oğlu olması müəyyən edilib.

Əazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 7 kq 935 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), bir ədəd tapança və ona məxsus patronlar aşkar olunaraq götürülüb.

Fakt üzrə Azərbaycanın Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2655
avatar

Oxşar yazılar