İrandan gələn xurmanın içindən görün nə çıxdı? - FOTO
09 dekabr 2022 12:36 (UTC +04:00)

İrandan gələn xurmanın içindən görün nə çıxdı? - FOTO

Naxçıvanda İrandan gələn xurma yükünə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə. Culfa gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə xurma yükü aparan “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi xidməti itin tətbiqi ilə yoxlamaya cəlb olunub. Yoxlama zamanı yük avtomobilinin kabinində gümüşü rəngli falqaya bükülmüş sellofan paketin içərisində, təmiz çəkisi 14,757 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Yükdə tapılan psixotrop maddə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9888
avatar

Oxşar yazılar