İrandan gələn narkotiki BYD ilə daşıyanlar  tutuldu
24 oktyabr 2025 11:36 (UTC +04:00)

İrandan gələn narkotiki BYD ilə daşıyanlar tutuldu

0

Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 14 kiloqram 100 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

“Lənkəran” sərhəd dəstəsinin və Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində 99-PC-617 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Azərbaycan vətəndaşları – Cəfərov Emin Cəfər oğlu və Rəhmətullayev Neman Arif oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar