Aşkarlanan mallar
01 dekabr 2022 16:15 (UTC +04:00)

Aşkarlanan mallar

İrandan Azərbaycana üzərində ermənicə yazılan mallar gətirildi - VİDEO

Azərbaycan gömrükçüləri indiyə qədər rastlaşmadıqları hüquqpozma faktı ilə üzləşiblər.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” postunda digər malların içərisindən gömrük orqanına bəyan edilməyən, üzərindəki yazılara görə Ermənistan istehsalı olan inşaat malları aşkar edilib.

İndiyədək ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhd edilən Ermənistan malları adətən qida məhsulları və alkoqollu içkilərdən ibarət olub.

Bu dəfə aşkara çıxarılan mallar isə inşaat işlərində istifadə edilən silikon məmulatı üçün 24820 ədəd qab və silikon məmulatı qablarının qablaşdırılması üçün nəzərdə tutulan 1050 ədəd boş karton qutu olub.

Bu malların İranda fəaliyyət göstərən şirkət tərəfindən Azərbaycanda fiziki şəxsin ünvanına göndərildiyi müəyyən edilib.

Bəs üzərində erməni dilində yazıları olan bu mallar Azərbaycana nə məqsədlə gətirilib?

Faktla bağlı Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən birgə araşdırma aparılır.

# 1338
avatar

Oxşar yazılar

Səkkiz yaşlı oğlunu döyüb  qəbir qazdırdı

Səkkiz yaşlı oğlunu döyüb qəbir qazdırdı

2 fevral 2023 , 17:36
Ötən il 588 nəfər yol qəzalarında ölüb

Ötən il 588 nəfər yol qəzalarında ölüb

2 fevral 2023 , 16:18
Tanınmış teleaparıcı hava limanında SAXLANILDI  - FOTO

Tanınmış teleaparıcı hava limanında SAXLANILDI - FOTO

2 fevral 2023 , 15:16
Kamran Əliyev generalı işdən çıxardı

Kamran Əliyev generalı işdən çıxardı

2 fevral 2023 , 15:08
Bakıda kişini qatar vurması barədə cinayət işi açıldı

Bakıda kişini qatar vurması barədə cinayət işi açıldı

2 fevral 2023 , 14:35
Bakıda kişi qadını hədələyib pulunu aldı

Bakıda kişi qadını hədələyib pulunu aldı

2 fevral 2023 , 13:47
Evdən qızıl oğurlayan qadınlar tutuldu

Evdən qızıl oğurlayan qadınlar tutuldu

2 fevral 2023 , 13:24
Tərtərdə narkotacir həbs edildi

Tərtərdə narkotacir həbs edildi

2 fevral 2023 , 13:09