İran-Azərbaycan sərhədini pozan əcnəbilər saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, dekabrın 17-də saat 2:06-da Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birlikdə əməliyyat tədbirləri keçirilib. Nəticədə Sərhəd Qoşunlarının “Goytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan 3 nəfər Əfqanıstan vətəndaşı saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq Azərbaycana gəlməkdə məqsədlərinin ölkə ərazisindən tranzit yolla istifadə edərək daha sonra Avropa ölkələrindən birinə qanunsuz miqrasiya etmək olduğu müəyyən edilib.
Sərhədi pozan əfqanlar