İrandan Azərbaycana 22 kilodan çox  narkotik keçirilməsinin qarşısı alındı
07 oktyabr 2025 09:26 (UTC +04:00)

İrandan Azərbaycana 22 kilodan çox narkotik keçirilməsinin qarşısı alındı

0

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 22 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar