Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövltə Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 23-də saat 23:10-da “Astara” sərhəd nəzarət şöbəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycana keçən İran vətəndaşı 41 yaşlı Babaei Kousalari Sadegh Samadin idarə etdiyi “Dong-Feng” markalı yük avtomobilinə birgə baxış keçirilib. Bu zaman nəqliyyat vasitəsinin salonunda gizlədilmiş təxmini çəkisi 15 kiloqram 64 qram narkotik vasitəyə bənzər maddələr (4085 qram metamfetamin, 7800 qram heroin, 2129 qram tiryək, 1050 qram marixuana) və 920 qutu “KENT” markalı siqaretlər aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.