İranda etiraz aksiyaları davam edir. Sosial mediada paylaşılan daha bir video isə müzakirələri daha da qızışdırıb.
Lent.az xəbər verir ki, bu videoda bir kişi başından örpəyi açılan qadını vurur.
Bunu görən ətrafdakı kişilər həmin adamın üzərinə cumub onu döyürlər.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, İran hökumətinin etirazların qarşısını almaq üçün şəhərlərə qoşun yeritdiyi iddia olunur.