İranda Ali Məhkəməyə silahlı BASQIN:  2 hakim öldürüldü - FOTO
18 yanvar 2025 13:01 (UTC +04:00)

İranda Ali Məhkəməyə silahlı BASQIN: 2 hakim öldürüldü - FOTO

Tehranın Erak meydanında Ali Məhkəmə binasına silahlı hücum olub.

Lent.az yerli “Mehr” agentliyinə istinadla bildirir ki, hadisə səhər saatlarında baş verib.

Hadisə şahidlərinin ifadələrinə görə, hakim Moqiseh və Höccətül-İslam Əli Razinini öldürməyə cəhd edilib. İnsident zamanı hakim Miri və mühafizəçi yaralanıb.

Nəticədə Ali Məhkəmənin 39-cu şöbəsinin rəhbəri Höccətül-islam Razini və 53-cü şöbənin rəhbəri Höccətül-İslam vəl-Muslimin Muqiseh aldıqları xəsarətlərdən ölüblər.

Hücumu törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579
avatar

Oxşar yazılar