İntihar etmək istəyən şəxs polisləri güllələdi
13 iyun 2024 03:29 (UTC +04:00)

İntihar etmək istəyən şəxs polisləri güllələdi

ABŞ-nin İllinoys ştatının Dikson şəhəri yaxınlığında atışma nəticəsində 3 polis əməkdaşı yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə yerli polisə istinadən “Associated Press“ məlumat yayıb.

Bir nəfərin intihar cəhdi ilə bağlı əraziyə gələn polis əməkdaşları onunla danışıqlar aparıblar.

Daha sonra evə daxil olan polislər açılan atəş nəticəsində yaralanıblar.

Polisləri yaralayan şəxs cavab atəşi ilə yaralanıb və saxlanılıb.

Bütün zərərçəkənlər tibbi helikopterlərlə xəstəxanaya çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2343
avatar

Oxşar yazılar