Sabirabadda qazi Elvin Cəfərovun özünü yandırıb ölməsi barədə araşdırma başlanılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, 35 yaşlı Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, E. Cəfərov iyulun 10-u axşam saatlarında özünü yandırıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, iyulun 11-də dünyasını dəyişib.