İnternat məktəbin həyəti yandı
21 iyul 2022 20:47 (UTC +04:00)

İnternat məktəbin həyəti yandı

Zaqatalada məktəbin həyətində yanğın olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bu gün Zaqatala şəhəri, Saleh Qocayev küçəsində yerləşən internat məktəbinin həyətində yanğın baş verib. 

Yanğın baş verən əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində məktəbin həyətində 100 kv/m-lik ərazidə quru ot və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 

# 1407
avatar

Oxşar yazılar